Operativ Məlumat Mərkəzi

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

1 dəq
Paylaş:
Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Silahlı Qüvvələri “Fatah-II” genişmənzilli atəşi sisteminin uğurlu buraxılışını həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyinin ictimaiyyətlə şöbəsi məlumat yayıb.

Bildirilib ki, bu buraxılışın məqsədi reaktiv yaylım atəşi sisteminin dizaynını, texniki parametrlərini və müxtəlif alt sistemlərini sınaqdan keçirmək olub. “Fatah-II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub. Sistemin idarə olunan raketləri inertial-peyk yönləndirmə sistemi ilə təchiz olunub və 400 kilometrə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax