Operativ Məlumat Mərkəzi

Slovakiya Baş nazirinin müavini: Fitsonun həyati təhlükəsi yoxdur - YENİLƏNİB

1 dəq
Paylaş:
Slovakiya Baş nazirinin müavini: Fitsonun həyati təhlükəsi yoxdur - YENİLƏNİB
bunu “BBC”yə Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib. O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini...

“Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun həyati təhlükəsi yoxdur”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “BBC”yə Slovakiya Baş nazirinin müavini və ətraf mühitin mühafizəsi naziri Tomas Taraba deyib.

O, Robert Fitsonun əməliyyatının uğurlu keçdiyini qeyd edib: “Düşünürəm ki, o, sonunda sağ qalacaq. Hazırda onun həyatı üçün təhlükə yoxdur”.

***

Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir, şüurludur və həkimlərlə danışır.

Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər