Əməliyyatdan sonra Slovakiyanın baş naziri Robert Fitsonun həyatı üçün təhlükə hələ də qalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Markiza” telekanalı mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, ötən gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.