Əsas məzmuna keç

Avstraliyadakı atışma zamanı 10 nəfər ölüb, 60 nəfər yaralanıb

Avstraliyadakı atışma zamanı 10 nəfər ölüb, 60 nəfər yaralanıb

ölənlər arasında uşaqlar və bir polis əməkdaşı da var. Polis bir şübhəlini saxlayıb və istintaq davam edir. *** 13:50 Avstraliyanın Sidney şəhərində...

Avstraliyada şəhərində Hanuka bayramı şənlikləri zamanı baş verən atışma nəticəsində 10 nəfər həlak olub. Təxminən 60 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "NewsWire"-ə istinadən xəbər verir ki, ölənlər arasında uşaqlar və bir əməkdaşı da var.

Polis bir şübhəlini saxlayıb və davam edir.

13:50

Avstraliyanın Sidney şəhərində Bondi Beach ərazisində atəş səslərinin eşidilməsindən sonra iki nəfər polis tərəfindən nəzarətə götürülüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ-nin CNN telekanalının məlumatına görə, hazırda ölən və ya yaralananlar barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Polis hadisənin səbəblərini araşdırır, saxlanılan şəxslərin bu insidentlə birbaşa əlaqəsinin olub-olmadığı isə istintaq nəticəsində müəyyən ediləcək.

13:43

Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "Reuters"in məlumatına görə, Yeni Cənubi Uels polisi sosial şəbəkədə paylaşım edərək “hadisə yerində olan hər kəsə” müraciət edib.

Müraciətdə bildirilir ki, hadisə baş verən ərazidən uzaq dursunlar:

"X" platformasında yayılan videolarda Bondi çimərliyində insanların qaçması, bir neçə atəş səsi və polis sirenlərinin eşidildiyi görünür.

Avstraliyanın baş naziri Entoni Albanizenin sözçüsü bildirib: “Bondidə aktiv təhlükəsizlik vəziyyətinin mövcudluğundan xəbərdarıq. Yaxınlıqda olan insanları Yeni Cənubi Uels polisindən verilən məlumatlara əməl etməyə çağırırıq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…