Operativ Məlumat Mərkəzi

Pakistan Hindistana xəbərdarlıq edib

2 dəq
Paylaş:
Pakistan Hindistana xəbərdarlıq edib

Hindistanın Hind hövzəsində Pakistana olaraq aid olan suyun axını dayandırmaq və ya başqa istiqamətə yönəltmək cəhdinin "müharibə aktı" hesab ediləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistan Baş Nazirliyi məlumat yayıb.

Açıqlamada, Cammu və Kəşmirdə törədilən terror aktından sonra Pakistanın Şərifin rəhbərliyi ilə keçirilən Milli Şurasının (MTŞ) iclasında alınan qərarlara yer verilib.

Açıqlamada Hindistanın Hind Suları Müqaviləsinin dayandırılmasına dair birtərəfli qərarı rədd edilib, razılaşmanın regional sabitlik üçün əhəmiyyətli olduğu çatdırılıb və Pakistanın su hüquqlarını qorumaq əzmi vurğulanıb.

Hind Suları Müqaviləsi çərçivəsində qanuni olaraq Pakistana aid sayılan çaylarda su axınının dəyişdirilməsi cəhdinin qəbul edilməyəcəyi ifadə edilən açıqlamada, bildirilib ki, "Pakistana aid su axınının qarşısını almaq və ya başqa istiqamətə yönəltmək cəhdi müharibə elanı kimi qiymətləndiriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax