Əsas məzmuna keç

Ölkədə yeni idarəetmə modeli tətbiq olunacaq

Ölkədə yeni idarəetmə modeli tətbiq olunacaq

Prezident: Xüsusi nümayəndə idarəetmə modeli digər rayonlarda da tətbiq edilməlidir.

İlham Əliyev bildirir ki, işğaldan azad ərazilərdə edilən yeni idarəetmə üsulu – Prezidentin xüsusi nümayəndəsi ölkənin digər hissələrində də tətbiq edilməlidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu ölkə başçısı Prezidentin Laçın rayonunda yeni təyin edilən xüsusi nümayəndəsi Məsim Məmmədovla görüşdə bildirib.

“Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir”-deyə, Əliyev bildirir.

“Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir”.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…