Operativ Məlumat Mərkəzi

Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən azad etdi

2 dəq
Paylaş:
Prezident Ramiz Mehdiyevi Təhlükəsizlik Şurasının üzvlüyündən azad etdi
bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik...

Ramiz Ənvər oğlu Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" APA-ya istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.

Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər