Son yeniləmə · İlk xəbər ↓
Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasndan çıxarılıb.
İlk xəbər · Son yeniləmə ↑
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Unikal"a istinadla xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından çıxarılıb.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifələrində çalışıb.
Hazırda Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.