Operativ Məlumat Mərkəzi

Nazirliyin əməkdaşı faciəvi şəkildə öldü

2 dəq
Paylaş:
Nazirliyin əməkdaşı faciəvi şəkildə öldü

Ağdərə ölümlə yol- hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) "Operativ Məlumat Mərkəzi-OMM"-ə məlumata görə, bu gün saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili qəza edib.

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri ilə həkimlərin müşayiəti altında Bakı şəhərində ixtisaslaşmış tibb müəssisəsinə təxliyə olunublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax