Əsas məzmuna keç

NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi quracaq

NATO Rusiya sərhədlərini izləmək üçün peyk sistemi quracaq

bu barədə "Bloomberg" məlumat yayıb. Sistemdən Rusiyanın şərq sərhədlərində, eləcə də Ukraynada vəziyyətin monitorinqi üçün istifadə edilməsi...

NATO-nun Müttəfiqlərin Transformasiya üzrə Komandanı Admiralı təlimləri, hərəkətləri və əməliyyatlarını izləmək üçün yeni peyk müşahidə hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Sistemdən Rusiyanın sərhədlərində, eləcə də Ukraynada vəziyyətin monitorinqi üçün istifadə edilməsi planlaşdırılır.

"NATO geniş əraziləri əhatə etmək üçün peyk vasitəsilə müşahidə imkanlarını genişləndirir. Bu, alyansa Ukraynada və Rusiyanın şərq sərhədlərində hərbi hərəkətləri izləməyə imkan verəcək", - bəyanatda deyilir.

Vandieu bildirib ki, layihə NATO-ya “böyük ərazilərə” nəzarət etməyə və təlimləri, qoşunların hərəkətini və döyüş əməliyyatlarını izləməyə imkan verəcək. Texnologiya Arktikanın monitorinqi üçün də istifadə oluna bilər.

Alyansın öz peyk bürcünü yaratmaq qərarı ABŞ-ın Avropadakı hərbi mövcudluğunun ABŞ-ın Çinlə münaqişəsinə diqqət yetirdiyi Asiya-Sakit Okean regionunun xeyrinə azalacağı ilə bağlı narahatlıqlar fonunda qəbul edilib.

Layihənin 2026-cı ilin yanvarında istifadəyə verilməsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…