Operativ Məlumat Mərkəzi

Moskvada partlayış nəticəsində 2 polis ölüb, daha ikisi ağır yaralanıb

1 dəq
Paylaş:
Moskvada partlayış nəticəsində 2 polis ölüb, daha ikisi ağır yaralanıb

Moskvada yol polisinə avtomobilin yaxınlığında baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə KİV məlumat yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində iki polis əməkdaşı həlak olub, iki nəfər isə ağır yaralanaraq hadisə yerindən birbaşa xəstəxanaya çatdırılıb.

Məlumata əsasən, xidməti avtomobilin yanında əl istehsalı partlayıcı qurğu işə düşüb. Partlayışdan sonra avtomobilin üzərində və asfalt örtüyündə çoxsaylı qəlpə izləri aşkarlanıb. Versiyalardan birinə görə, partlayıcı qurğunu naməlum şəxslər polis maşınına atıblar.

Ərazidə istintaq qrupu işləyir. Videomüşahidə kameralarının görüntüləri götürülür, şahidlərin ifadələri toplanır. Faktla bağlı başlanıb, hücumda iştirak edən şəxslərin müəyyənləşdirilməsi və axtarışı aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax