Operativ Məlumat Mərkəzi

Milli Məclisin deputatları ABŞ-a səfər edəcəklər

1 dəq
Paylaş:
Milli Məclisin deputatları ABŞ-a səfər edəcəklər

Milli Məclisin (MM) və parlamentlərarası əlaqələr komitəsinin sədri, -Amerika Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcəklər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Səfərdə deputatlar ABŞ Konqresinin senatorları və deputatları ilə bir sıra görüşlər keçirəcəklər.

Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı müzakirələr aparılacaq.

Səfər iyunun 17-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax