Operativ Məlumat Mərkəzi

“İlham Əliyevin Misir səfəri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”

2 dəq
Paylaş:
“İlham Əliyevin Misir səfəri Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir”
bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin plenar iclasında səsləndirib. Deputat bildirib ki, Prezident İlham Əliyevə müxtəlif ölkə...

“Məlum olduğu kimi, bir neçə gün əvvəl Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak üçün Misirə səfər etdi. Ötən dövrə nəzər salsaq, görərik ki, cənab Prezident son bir neçə gündə dörd mühüm beynəlxalq sammitdə iştirak edib. Bu tədbirlər Azərbaycanın həyata keçirdiyi çox uğurlu və çoxvektorlu xarici siyasətin bariz göstəricisidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin plenar iclasında səsləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevə müxtəlif ölkə liderləri tərəfindən göstərilən yüksək diqqət Azərbaycanın beynəlxalq nüfuzunun və etimadının artmasının nəticəsidir:

“Bu görüşdə ABŞ Prezidenti Donald Tramp da Prezident İlham Əliyev haqqında xoş fikirlər səsləndirərək onun beynəlxalq arenadakı rolunu yüksək qiymətləndirdi. Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz parçası kimi regionda və dünyada sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Ölkəmiz həm Fələstin, həm Suriya, həm də İsrail ilə münasibətlərdə balanslı və prinsipial mövqe nümayiş etdirir. Bu da Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb”.

Ceyhun Məmmədov qeyd edib ki, Prezidentin Misir səfəri yalnız diplomatik deyil, həm də strateji əhəmiyyət daşıyır:

“Bu səfər Azərbaycanın ərəb ölkələri və ABŞ-la münasibətlərinin strateji səviyyədə inkişaf etdiyini, ölkəmizin beynəlxalq siyasətdə artan çəkisini və diplomatik çevikliyini bir daha nümayiş etdirir. Azərbaycanın Yaxın Şərqdə sülh və sabitlik proseslərində fəallığı, çoxşaxəli xarici siyasət kursunun növbəti uğurlu təzahürüdür”.

Aidə Qurbanlı

Bu xəbəri paylaş

Oxşar xəbərlər