Əsas məzmuna keç

Milli Məclis aqrar sektorda yeni ƏMTQ qaydalarını qəbul etdi

Milli Məclis aqrar sektorda yeni ƏMTQ qaydalarını qəbul etdi

Parlament kənd təsərrüfatında yeni dövrə başlayır. Aqrar sahədə Əlavə Dəyər Vergisi (ƏDV) ilə bağlı təsdiqlənən qanun layihəsi fermerlərə hansı güzəştləri vəd edir?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" qanunlarında dəyişiklik edilməsi barədə qanununun layihəsi I oxunuşda qəbul olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, yeni qanunla qanunsuz ovlanma və kvota pozuntularının qarşısının çevik şəkildə alınması məqsədilə balıqçılıq fəaliyyəti sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması rejimindən istisna kateqoriyasına daxil edilir. Bu, nəzarətin "istehsaldan istehlaka qədər" prinsipi əsasında fasiləsiz həyata keçirilməsinə və ərzaq təhlükəsizliyinin qorunmasına imkan verəcək.

sektorda ƏMTQ öhdəliyi üçün konkret meyarları müəyyən edilir: Mövcud qanunvericilikdəki qeyri-müəyyən və subyektiv xarakter daşıyan "ixtisaslaşmış" və "irimiqyaslı" terminləri ləğv edilir. Bunun əvəzinə, beynəlxalq təcrübəyə (FAO, və Avropa İttifaqı direktivlərinə) əsaslanan aşağıdakı konkret kəmiyyət hədləri tətbiq olunur:

Heyvandarlıq müəssisələri üçün: 1000 baş iribuynuzlu heyvan ekvivalenti (5 baş xırdabuynuzlu və digər dırnaqlıların hər 1 başı 1 baş iribuynuzluya bərabər tutulmaqla);

Quşçuluq müəssisələri üçün: 40 000 baş toyuq ekvivalenti (inkubasiya mərhələsi istisna olmaqla; 1 dəvəquşu 25 toyuğa, 1 hindquşu və ya qaz 5 toyuğa, 8 bildirçin 1 toyuğa bərabər tutulmaqla);

Balıqçılıq (akvakultura) təsərrüfatları üçün: İllik məhsul həcmi 500 ton.

Aqroparklar üçün yeni tənzimləmə: Aqroparklar yalnız yuxarıda qeyd olunan fəaliyyət növləri üzrə müəyyən edilmiş kəmiyyət hədlərinə bərabər və ya ondan çox göstəricilərə malik olduqda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) prosesinə cəlb ediləcək.

Kiçik və orta fermerlərin inzibati və maliyyə yükü azaldılır: Yeni kəmiyyət meyarlarının tətbiqi sayəsində kiçik və orta təsərrüfatlar bahalı və uzun vaxt tələb edən ƏMTQ sənədi hazırlamaq öhdəliyindən azad olunur. Bununla da dövlətin nəzarət resursları daha çox real ekoloji risk yaradan iri sənaye komplekslərinə yönəldiləcək, sahənin investisiya cəlbediciliyi artacaqdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…