Operativ Məlumat Mərkəzi

Pərvanə Vəliyeva: “Azərbaycan Qlobal Cənubun flaqmanlarından birinə çevrilib”

2 dəq
Paylaş:
Pərvanə Vəliyeva: “Azərbaycan Qlobal Cənubun flaqmanlarından birinə çevrilib”

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Pərvanə Vəliyeva Azərbaycanın Qlobal Cənubdakı nüfuzu və bu coğrafiyanı təmsil edən ölkələrlə əlaqələrdən danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, deputat bildirib ki, Azərbaycanın aktiv xarici siyasəti və qlobal təşəbbüsləri bu region ölkələrinin Bakıya olan marağını və etimadını xeyli artırıb.

Pərvanə Vəliyeva xatırladıb ki, Azərbaycan ilə Cibuti arasında diplomatik əlaqələr 1996-cı ildə yaradılıb, 2017-ci ildə isə Cibutidə Azərbaycanın fəxri konsulu təyin olunub. Həmin ildə Milli Məclisdə Azərbaycan–Cibuti parlamentlərarası əlaqələr üzrə dostluq qrupu da formalaşdırılıb.

Deputat iki ölkə arasında təmasların xüsusilə Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə intensivləşdiyini vurğulayıb: rəhbər şəxslərin görüşləri, həmçinin Xarici İşlər Nazirlikləri səviyyəsində aparılan dialoqlar münasibətləri daha da möhkəmləndirib. Qlobal Cənub QHT platforması çərçivəsində vətəndaş cəmiyyətlərinin görüşləri də əməkdaşlığa töhfə verib.

Pərvanə Vəliyeva əlavə edib ki, Cibuti 2008-ci ildə Azərbaycanın BMT Baş Assambleyasına təqdim etdiyi “İşğal olunmuş Azərbaycan ərazilərində vəziyyətə dair” qətnaməni dəstəkləyib və 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana həmrəylik göstərib.

Mehman Mirzəzadə

Bu xəbəri paylaş

Oxşar xəbərlər