Əsas məzmuna keç

Microsoft Office proqramlarında süni intellektdən istifadə ediləcək

Microsoft Office proqramlarında süni intellektdən istifadə ediləcək

şirkətdən verilən məlumata görə, "Copilot" adlanan yeni funksiya uzun e-poçtları ümumiləşdirmək, Word-də hekayələr hazırlamaq və PowerPoint-də slaydları...

ABŞ-nin texnologiya şirkətlərindən olan , Word, Excel və daxil olmaqla proqramlarına əlavə edəcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER" istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, "Copilot" adlanan yeni funksiya uzun e-poçtları ümumiləşdirmək, Word-də hekayələr hazırlamaq və PowerPoint-də slaydları canlandırmaq kimi əməliyyatları həyata keçirməyə imkan verəcək.

Açıqlamada şirkətin son dövrlərdə məşhurlaşan süni intellektli robotu ChatGPT-ə bənzəyən "Business Chat" adlı söhbət funksiyasını tətbiqlərinə əlavə edəcəyi və Copilotun e-ticarət məlumatlarını ümumiləşdirmək kimi hərəkətləri yerinə yetirə biləcəyi ifadə edildi.

Microsoft 365-in baş meneceri Colette Stallbaumer qeyd etdi ki, yeni funksiyalar hazırda yalnız 20 korporativ müştəri üçün əlçatandır və yaxın aylarda daha çox müştəriyə təqdim ediləcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…