Operativ Məlumat Mərkəzi

Məşhur restoran rəhbərləri ağacları qanunsuz kəsdirib

2 dəq
Paylaş:
Məşhur restoran rəhbərləri ağacları qanunsuz kəsdirib

Bakıda məşhur restoranın rəhbərliyi ağacları qanunsuz olaraq kəsdirib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət Ekoloji Xidmətindən məlumat verilib.

Belə ki, Xidmətin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Bakı şəhərinin rayonunda, eyni zamanda , , Bərdə və rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların Nizami rayonu Mikayıl Əliyev küçəsi 9 ünvanında “Neolit” restoranı, Lənkəran rayonu Təngivan kəndində “Profco” MMC, Xaçmaz-Xudat avtomobil yolunun kənarında Nərəcan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, Bərdə rayonu Tumaslı kəndində kənd sakini Taleh Orucov, Goranboy rayonu Səfikürd kəndində kənd sakini Arif Yusifov tərəfindən kəsildiyi məlum olub.

Faktlarla bağlı akt tərtib edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax