Əsas məzmuna keç

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

bu barədə jurnalistlərə Birliyin baş katibi Sergey Lebedev məlumat verib. "Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə...

Dekabrın sonunda Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Birliyin Sergey Lebedev məlumat verib.

"Noyabrın 28-də Astanada KTMT dövlət başçılarının görüşü, dekabrın sonunda isə MDB dövlət başçılarının qeyri-rəsmi görüşü baş tutacaq", - Lebedev bildirib.

MDB ölkələrinin liderləri arasında digər platformalarda təmaslara gəlincə, Lebedev BRİKS-in Kazanda keçirilən sammitini xatırladıb, burada bir çox ikitərəfli görüşlər, o cümlədən ilə Ermənistanın baş naziri arasında görüş keçirildiyini bildirib.

Baş katib onu da qeyd edib ki, MDB onun tərkibinə daxil olan bütün dövlətlərin maraqlarına uyğun yaşayır və inkişaf edir.

O əlavə edib ki, kollektiv Qərbin apardığı siyasətə baxmayaraq, MDB ölkələrinin iqtisadiyyatı zərər görməyib, qarşılıqlı ticarətin həcmi artır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…