Operativ Məlumat Mərkəzi

Livanda bankların fəaliyyəti dayandırılıb

2 dəq
Paylaş:
Livanda bankların fəaliyyəti dayandırılıb

Livan Bankları Assosiasiyası (ALB) əmanətçilərin yeni hücum dalğası səbəbindən müştərilərinə xidmətlərin müvəqqəti dayandırıldığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Livan Bankları Assosiasiyasının bəyanatda deyilir.

Qeyd olunub ki, işçilərin təhlükəsizliyi və maddi ziyanın qarşısını almaq məqsədilə iyulun 21-i cümə günündən bank qurumlarının qapıları qeyri- müddətə bağlanacaq.

İyulun 18-də şəxs “Kredit Libanais” bankının Şxim şəhərindəki filialına qumbaraatanla daxil olaraq 3 il əvvəl maliyyə böhranı səbəbindən dondurulmuş hesabdan 35 min dolların ona qaytarılmasını edib.

Müalicə üçün ödəməli olduğu məbləğin bir hissəsini alan cinayətkar mühafizəçilərə təslim olub. Oxşar hadisələr iyulun 19 və 20-də Antelyas, Beyrut və Bint-Cbeyldə baş verib. Çərşənbə günü assosiasiya səlahiyyətli şəxslərdən bank ofislərinin hücumlardan qorunmasını tələb edib, lakin hökumət müvafiq tədbirlər görməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax