Operativ Məlumat Mərkəzi

Litva Belarusla sərhədini qismən bağlayıb

2 dəq
Paylaş:
Litva Belarusla sərhədini qismən bağlayıb

hakimiyyəti Belarusla sərhəddə iki - məntəqəsinin bağlandığını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb.

Bildirilib ki, Litva hökuməti Belarusla 6 sərhəd keçid məntəqəsindən ikisində işi dayandırmaq qərarına gəlib. Avqustun 18-dən etibarən "-Loşa" və Tveryaçyus-Vidzı" sərhəd-keçid məntəqələri bağlanacaq.

Rəsmi Vilnüs "Vaqner" muzdlularının törədə biləcəyi mümkün təhlükələrə cavab olaraq belə bir qərar qəbul edib. Addım geosiyasi vəziyyətə adekvat cavab vermək, eləcə də qaçaqmalçılığın qarşısını almaq məqsədi daşıyır.

Bir sıra litvalı siyasətçilər Belarusun tam təcrid olunmasında və bütün sərhəd-keçid məntəqələrinin bağlanmasında israrlıdırlar. Litva Polşa və Latviya ilə birlikdə Belarusla sərhəddə gücləndirilmiş nəzarət tətbiq edib.

Ötən ay bu ölkələrin prezidentləri NATO-nun baş katibini və Belarusun yaratdığı təhlükələrə qarşı tədbir görməyə çağırıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax