Əsas məzmuna keç

Litva Belarusla sərhədlərini erkən aça bilər

Litva Belarusla sərhədlərini erkən aça bilər

bu barədə Litvanın baş naziri İnqa Ruqiniene bildirib. Onun sözlərinə görə, görüşün gündəliyinə iki sərhəd-keçid məntəqəsinin vaxtından əvvəl açılması...

Litvanın Milli Təhlükəsizlik Komissiyası (MTK) hökumətə noyabrın 19-da keçiriləcək iclasında Belarusla sərhədin açılması məsələsini nəzərdən keçirməyi tövsiyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Litvanın baş naziri İnqa Ruqiniene bildirib.

Onun sözlərinə görə, görüşün gündəliyinə iki sərhəd-keçid məntəqəsinin vaxtından əvvəl açılması məsələsinin müzakirəsi daxildir.

Ruginiene əlavə edib ki, qaçaqmalçılıq və hava şarları ilə bağlı vəziyyət hazırda kifayət qədər sabitdir. Dəyişməsə, o, sərhədin açılması təklifini şəxsən dəstəkləyir. Əks halda, keçidlərini yenidən bağlamaq və ya ümumiyyətlə açmamaq hüququnu özündə saxlayır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…