ABŞ-nin keçmiş prezidenti Donald Tramp iddia edib ki, Gürcüstanda keçirilən seçkilərin nəticələrinin saxtalaşdırıldığına dair əlində sübutlar var.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə özünün "TruthSocial" platformasında paylaşım edib.
"Gürcüstanda baş vermiş prezident seçkiləri saxtakarlığı ilə bağlı böyük, mürəkkəb, təfərrüatlı, lakin təkzibedilməz hesabat demək olar ki, hazırdır", - Tramp yazıb.
Tramp qeyd etdiyi hesabatı bazar ertəsi yerli vaxtla saat 11:00-da Nyu Cersidə keçirəcəyi mətbuat konfransında açıqlayacağını bildirib.
“Bu şübhələri aradan qaldıran hesabata əsasən, mənə və digərlərinə qarşı bütün ittihamlar ləğv edilməlidir”, - sabiq prezident qeyd edib.