Əsas məzmuna keç

Kopenhagen Hava Limanı uçuşlara bağlanıb?

Kopenhagen Hava Limanı uçuşlara bağlanıb?

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, hava limanında dron həyəcanı səbəbindən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb, lakin gecə...

Danimarkanın ən böyük olan Hava Limanı hava məkanında pilotsuz uçuş aparatlarının görünməsi səbəbilə bir müddət bağlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hava limanında dron həyəcanı səbəbindən bütün müvəqqəti olaraq dayandırılıb, lakin gecə saatlarında yenidən edilib.

Polisin məlumata görə, hava məkanında 2-3 böyük dron müşahidə edilib. Bu səbəbdən bazar ertəsi axşamı hava limanının bütün əməliyyatları dayandırılıb.

Hava limanının açıqlamasına əsasən, 31 reys başqa istiqamətlərə yönləndirilib, hadisədən 20 min sərnişin təsirlənib.

Dronların haradan və kim tərəfindən idarə edildiyi hələlik məlum deyil. Polis hadisənin mənbəyini araşdırır, lakin istintaq davam etdiyi üçün əlavə məlumat verilmədiyini bildirib.

Uçuşlar təhlükəli bir vəziyyətin olmadığı rəsmən açıqlanandan sonra yenidən bərpa olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…