Operativ Məlumat Mərkəzi

Kaya Kallas Aİ ölkələri vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın əhəmiyyətli rolunu təqdir edib

1 dəq
Paylaş:
Kaya Kallas Aİ ölkələri vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın əhəmiyyətli rolunu təqdir edib

20 iyun 2025-ci il tarixində Respublikasının naziri ilə Avropa İttifaqının (Aİ) xarici işlər və siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında aparılıb.

XİN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, telefon danışığı zamanı, İsrail-İran qarşıdurması nəticəsində mövcud təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəsizlik vəziyyətindən ciddi şəkildə narahat olduqlarını bildirib, münaqişənin diplomatik yollarla həllinin vacib olduğunu vurğulayıblar.

Avropa İttifaqı üzv ölkələrinin vətəndaşları daxil olmaqla, xarici ölkə vətəndaşlarının İrandan təxliyəsində Azərbaycanın oynadığı əhəmiyyətli rol təqdir olunub.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax