Əsas məzmuna keç

Ceyhun Bayramov Belçika naziri ilə Yaxın Şərqi müzakirə etdi

Ceyhun Bayramov Belçika naziri ilə Yaxın Şərqi müzakirə etdi

XİN rəhbərləri Yaxın Şərqdəki eskalasiyanı, İrandan Naxçıvana dron hücumunu və Ermənistanla sülh prosesini müzakirə ediblər. Təxliyə yardımı və digər mühüm detallar:

en ru

Belçika Krallığının Baş nazirinin müavini, , Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

zamanı Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İran ərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçika vətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmış şəraitə görə ölkəmizə təşəkkür bildirilib.

Nazirlər o cümlədən, Azərbaycan və arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. C.Bayramov qarşı tərəfi bölgədə davamlı və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.

Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcud mexanizmlərin, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əhəmiyyətini vurğulayıblar.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…