Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ceyhun Bayramov Kaya Kallasla görüşüb - YENİLƏNİB - 2

3 dəq
Paylaş:
Ceyhun Bayramov Kaya Kallasla görüşüb - YENİLƏNİB - 2

Azərbaycanın naziri və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli formatda görüş keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Belə ki, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin bütün istiqamətlərini əhatə edən hərtərəfli müzakirələr aparıblar. Bu çərçivədə siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, həmçinin ikitərəfli tərəfdaşlıq gündəliyinin gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.

Görüşdə enerji əməkdaşlığına xüsusi diqqət yetirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Bununla yanaşı, ticarət və investisiyalar, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, həmçinin nəqliyyat və logistika əlaqələri müzakirə olunub.

Xüsusilə Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri diqqət mərkəzində olub.

Bildirilib ki, tərəflər həmçinin regional və məsələlərini, o cümlədən post-münaqişə dövründə vəziyyəti, yenidənqurma və bərpa işlərini, humanitar minatəmizləmə fəaliyyətlərini və Cənubi Qafqazda davam edən normallaşma prosesini müzakirə ediblər.

Dayanıqlı sülh və sabitliyin təmin olunmasının vacibliyi vurğulanıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas təkbətək formatda danışıqlar keçirirlər.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

***

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

Qeyd edilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan–Aİ əlaqələrinin və dialoqunun əhəmiyyətini vurğulayır.

“Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır”, - məlumatda qeyd olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax