Operativ Məlumat Mərkəzi

İsveç Ukraynaya yeni mülki dəstək paketi ayırdı

1 dəq
Paylaş:
İsveç Ukraynaya yeni mülki dəstək paketi ayırdı

İsveç hökuməti Ukraynaya əlavə olaraq 1,145 milyard kron ( 122 milyon ) dəyərində yardım ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait Ukraynanın ən aktual ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Paketə enerji təchizatı, mənzil təminatı, səhiyyə, minalarla mübarizə, qaçqınlara və müstəqil medianın dəstəklənməsi daxildir.

Yardımın 145 milyon kronu (15,4 milyon dollar) humanitar məqsədlərə ayrılıb. Ümumilikdə, 2025-ci ildə İsveçin Ukraynaya ayırdığı vətəndaş dəstəyi 9 milyard krona (təxminən 958 milyon dollar) çatacaq ki, bu da ölkənin inkişaf yardımı büdcəsinin 16 faizini təşkil edir.

Rəsmi açıqlamaya görə, bu artım digər ölkələrə nəzərdə tutulan yardım fondlarının azaldılması və ya ləğvi hesabına mümkün olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax