Əsas məzmuna keç

İsveç Ukraynaya yeni mülki dəstək paketi ayırdı

İsveç Ukraynaya yeni mülki dəstək paketi ayırdı

bu vəsait Ukraynanın ən aktual ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Paketə enerji təchizatı, mənzil təminatı, səhiyyə, minalarla mübarizə,...

İsveç hökuməti Ukraynaya əlavə olaraq 1,145 milyard (təxminən 122 milyon dollar) dəyərində mülki yardım ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu vəsait Ukraynanın ən aktual ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Paketə təchizatı, mənzil təminatı, səhiyyə, minalarla mübarizə, qaçqınlara dəstək və müstəqil medianın dəstəklənməsi daxildir.

Yardımın 145 milyon kronu (15,4 milyon dollar) humanitar məqsədlərə ayrılıb. Ümumilikdə, 2025-ci ildə İsveçin Ukraynaya ayırdığı vətəndaş dəstəyi 9 milyard krona (təxminən 958 milyon dollar) çatacaq ki, bu da ölkənin inkişaf yardımı büdcəsinin 16 faizini təşkil edir.

Rəsmi açıqlamaya görə, bu artım digər ölkələrə nəzərdə tutulan yardım fondlarının azaldılması və ya ləğvi hesabına mümkün olub.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…