Operativ Məlumat Mərkəzi

İstanbul Böyük Bələdiyyəsində korrupsiya hallarına görə 83 nəfər saxlanılıb, 10 nəfərin axtarışı davam edir

2 dəq
Paylaş:
İstanbul Böyük Bələdiyyəsində korrupsiya hallarına görə 83 nəfər saxlanılıb, 10 nəfərin axtarışı davam edir

İstanbul Böyük Bələdiyyəsində (İBB) korrupsiya halları ilə bağlı başlanılan çərçivəsində 100 nəfər cinayət məsuliyyətinə cəlb edilsə də, indiyə qədər 83 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in “Haber Global”a istinadən xəbərinə görə, korrupsiya istintaqı çərçivəsində İBB sədri İmamoğlu da daxil olmaqla 83 şübhəlinin saxlanıldığı, 10 şübhəlinin axtarışa verildiyi, 7 nəfərin isə xaricdə edilib.

Digər tərəfdən, İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK/KCK-ya yardım etdiyinə görə başlatdığı istintaqda İmamoğlu da daxil olmaqla 7 şübhəlidən 4-nün saxlandığı, 3 şübhəlinin isə axtarışda olduğu bildirilib.

Araşdırmalar zamanı bələdiyyədən 60-dan çox tenderdə qalib gələn Murat Onguna yaxın adlardan biri olan Emrah Bağdatlının martın 5-də ABŞ-yə getdiyi müəyyən edilib. İBB sədri Əkrəm İmamoğluna ev satışı ilə gündəmə gələn iş adamı Nuhoğlu evində saxlanılıb.

Bu şəxslərin evlərində aparılan axtarışlar zamanı gizli seyflərdə on milyonlarla lirə və xarici valyuta ələ keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax