Əsas məzmuna keç

Türkiyədə qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı əməliyyat: 37 nəfər saxlanıldı

Türkiyədə qanunsuz mərc və çirkli pulların yuyulmasına qarşı əməliyyat: 37 nəfər saxlanıldı

Türkiyənin 8 vilayətində keçirilən genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz mərc oyunlarından əldə edilən vəsaitlərin leqallaşdırılmasında şübhəli bilinən şəxslər tutulub.

en ru

İstanbul İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə qanunsuz oyunları və çirkli pulların yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Maliyyə Cinayətlərinin Araşdırılması Şurasının (MASAK) hesabatlarını araşdıran qruplar, "Papel Elektronik Para ve Ödeme Hizmetleri A.Ş" şirkətinin fəaliyyətini nəzarətə götürüb.

Aparılan texniki və fiziki təqiblər nəticəsində sözügedən firmanın qanunsuz mərc fəaliyyətindən əldə edilən gəlirlərin yuyulmasına vasitəçilik etdiyi, POS-terminallardan təyinatından kənar məqsədlər üçün istifadə etdiyi və şübhəli pul köçürmələri həyata keçirdiyi müəyyən edilib.

Müəyyən edilmiş ünvanlara edilən basqınlar nəticəsində 37 şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Axtarışlar zamanı çoxlu sayda rəqəmsal material və cinayət tərkibli sənədlər maddi sübut kimi götürülüb. Hazırda faktla bağlı araşdırmalar davam edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…