Türkiyənin İstanbul şəhərində narkotacirlərə qarşı keçirilən əməliyyat zamanı yaralanan xüsusi əməliyyat polisi Emre Albayrak ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, polisi silahla qətlə yetirən 35 yaşlı R.A. zərərsizləşdirilib.
Reyd zamanı evdə olan digər şəxslər isə polis tərəfindən həbs edilib.
İstanbulda narkotiklə bağlı əməliyyat zamanı polisə atəş açılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı ağır yaralanıb, hücum edənlərdən biri isə öldürülüb.
Hücum edənlərdən ikisi sağ ələ keçirilib.