Operativ Məlumat Mərkəzi

"İsrail qüvvələri Qəzzada 4 girovun qalıqlarını təhvil verib"

1 dəq
Paylaş:
"İsrail qüvvələri Qəzzada 4 girovun qalıqlarını təhvil verib"

Dörd israilli girovun qalıqları Xaç Komitəsinin nümayəndələri tərəfindən İsrail hərbi rəsmilərinə verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı yəhudi dövlətinin Benyamin Netanyahunun ofisi məlumat yayıb.

"İsrail Qızıl Xaç vasitəsi ilə ölən 4 girovun cəsədinin olduğu tabutları qəbul edib. Tabutlar Qəzza zolağında İDF qüvvələrinə təhvil verilib və oradan İsrailə aparılacaq", - deyə məlumatda bildirilir.

Baş nazirin şöbəsi əlavə edib ki, Əbu Kabir Milli Məhkəmə Ekspertizası Mərkəzində qalıqların tanınması prosesi başa çatdıqdan sonra "ailələrə rəsmi bildiriş göndəriləcək".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax