Əsas məzmuna keç

İsrail müdafiə naziri Xameneiyə Səddam Hüseynin aqibətini xatırladıb

İsrail müdafiə naziri Xameneiyə Səddam Hüseynin aqibətini xatırladıb

İsrailin İsrael Katz İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini cinayətlərdə ittiham edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “ynet” portalına istinadən xəbər verir ki, o, Xameneiyə İraqın keçmiş prezidenti, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin ölkəyə müdaxiləsindən sonra devrilərək həbs olunan Hüseynin taleyini də xatırladıb.

“Mən İran diktatoruna xəbərdarlıq etmək istəyirəm ki, onlar hərbi cinayətləri və İsrailin dinc sakinlərinə qarşı hücumlarını dayandırmalıdır. Bu şəxs İranla qonşu ölkənin İsrail dövlətinə qarşı çıxmaq istəyən diktatorunun taleyini xatırlamalıdır”, - Katz qeyd edib.

Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava endirib. Zərbələr nəticəsində çox sayda yüksək səviyyəli hərbçi və nüvə alimləri ölüb. İran İsrailə cavab verib. Tel-Əviv və digər şəhərlərə yüzlərlə ballistik raket və PUA göndərib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…