Operativ Məlumat Mərkəzi

İranın İsrailə hücum edəcəyi gözlənilir

2 dəq
Paylaş:
İranın İsrailə hücum edəcəyi gözlənilir

İranın İsrailə hücum təhdidi ilə əlaqədar Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Entoni regionda kritik anların yaşandığını deyib.

O tərəfləri eskalasiyaya getməməyə çağırıb.

“Bütün tərəflər gərginliyi yatırmaq üçün addımlar atmalıdır. Eskalasiya heç kimin marağında deyil. Gərginlik daha çox münaqişə, daha çox zorakılıq və daha çox təhlükəliyə gətirib çıxaracaq. Bizim Qəzzada atəşkəsə nail olmaqla bu dövrəni kəsmək də kritik məsələdir”, - deyə Blinken vurğulayıb.

İran rəhbərliyi İsrail HƏMAS lideri İsmayıl Həniyəni və “” komandiri Fuad Şükürü öldürdükdən sonra İsrailindən qisas alacaqlarını bildirib.

Ekspertlərin sözlərinə görə, İran daha əvvəl öz ərazisindən İsrailə hücum etdiyi üçün məsafənin uzaqlığı İsrailə raketlərin qarşısını almağa şərait yaradıb. Lakin bu dəfə “Hizbullah” vasitəsi ilə Livandan edilə biləcək hücum İsraildə böyük itkilərə səbəb ola bilər.

İsrailin Benyamin Netanyahu İranın istənilən sseneari üzrə təhdidinə qarşı hazırlıqlı olduqlarını deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax