Operativ Məlumat Mərkəzi

İranda tanınmış din xadimi prezidentliyə namizədlərin qeydə alınmasında ayrı-seçkilyi tənqid edib

2 dəq
Paylaş:
İranda tanınmış din xadimi prezidentliyə namizədlərin qeydə alınmasında ayrı-seçkilyi tənqid edib

Qadınların və İslam dininin başqa təriqətlərindən olan İran vətəndaşlarının prezidentliyə namizədliklərinin alınmaması ölkə konstitusiyasının 115-ci maddəsinin pozulmasıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" “Radiofərda”ya istinadən xəbər verir ki, İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidan şəhərinin imamcüməsi, tanınmış din Mövləvi Əbdül Həmid bildirib.

Onun sözlərinə görə, bu qadağa İslam şəriətinə və qaydalara uyğun gəlmir: “45 ildir başqa təriqətdən olan İran vətəndaşları bu siyasi kampaniyada namizədliklərini göstərə bilmir”.

İran Konstitusiyasının 115-ci maddəsinə əsasən, “ aşağıdakı meyarlara cavab verən dini və siyasi liderlər arasından seçilir: İranəsilli, iranlı, idarəçi və bacarıqlı, yaxşı reputasiyalı, etibarlı və dindar, imanlı və İran İslam Respublikasının əsasları və ölkənin rəsmi dininə inanan".

Konstitusiyanın 112-ci maddəsində göstərilib: “İranda rəsmi din İslam və On iki imamlı, Cəfəri (şiə) təriqətidir”.

Xatırladaq ki, İranda prezidentliyə namizədliyə 80 iddiaçı qeydə alınmışdı. Onlardan 12-si qadın idi. İyunun 9-da altı nəfərin namizədliyi elan edilib. Prezident seçkisi iyunun 28-də keçiriləcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax