Operativ Məlumat Mərkəzi

İranda qalan təyyarələr Türkiyəyə qaytarılır

2 dəq
Paylaş:
İranda qalan təyyarələr Türkiyəyə qaytarılır

və İnfrastruktur naziri Abdulkadir Uraloğlu, İran-İsrail qarşıdurmaları səbəbilə İranda qalan təyyarələrin Türkiyəyə geri gətiriləcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.

"Zəruri baxış və xidmət işləri tamamlandıqdan sonra Şiraz şəhərindəki Türk Hava Yollarına (THY) bir təyyarə ilə Təbriz və Şirazda Pegasus Hava Yollarına məxsus 4 təyyarə ölkəmizə geri gətiriləcək".

Uraloğlu, bölgədəki heyətlərin və təyyarələrin təhlükəsizliyi üçün ilk gündən etibarən hadisələrin gedişatını yaxından izlədiklərini vurğulayıb. O, həmçinin prosesin sağlam və təhlükəsiz şəkildə tamamlanması üçün İranlı rəsmilərlə əlaqələrin davam etdiyini qeyd edib.

Nazirin sözlərinə görə, həm təyyarələrin texniki vəziyyəti, həm də ekipajların təhlükəsizliyi prioritet olaraq qiymətləndirilir və bütün addımlar bu istiqamətdə atılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax