Operativ Məlumat Mərkəzi

İranda prezident seçkisindən sonra 87 nəfər edam olunub

1 dəq
Paylaş:
İranda prezident seçkisindən sonra 87 nəfər edam olunub

İranda keçirilən seçkisindən sonra ölkə həbsxanalarında azı 87 nəfər edam olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" “Radiofarda”ya istinadən xəbər verir ki, bunu Norveçdə İran İnsan Hüquqlarını Müdafiə Təşkilatının başçısı Mahmud Əmiri bildirib.

Onun sözlərinə görə, Tehran hakimiyyəti İsraillə gərginliyə diqqətdən sui-istifadə edərək məhbusların kütləvi qətllərini həyata keçirir: “Bununla da İranda boğucu mühit yaradır”.

M.Ə.Müqəddəm bildirib ki, beynəlxalq ictimaiyyəti bu məsələyə diqqət yetirməzsə, yüzlərlə insan İranın qətl maşınının qurbanı olacaq.

Qeyd edək ki, İranda növbədənkənar prezident seçkisinin birinci turu bu il iyunun 28-də, ikinci tur isə iyulun 5-də keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax