Operativ Məlumat Mərkəzi

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

2 dəq
Paylaş:
İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

Rəsmi Tehran Qafqaz regionunda sülh və sabitliyin hökm sürməsində maraqlıdır və buna görə də bəyan etmişdik ki, İran işğal olunan Qarabağın qaytarılmasının tərəfdarıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir bu gün Tehranda keçirdiyi həftəli konfransında deyib.

O, Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılmasının zəruriliyi barədə fikirlərinə də bildirib:

“Biz regionun bütün ölkələrinin maraqlarını təmin edən kommunikasiyaların inkişafının tərəfdarıyıq. İran region dövlətlərinin arasındakı məsələlərin 3+3 formatında həll olunmasını istəyir və bölgəyə kənar qüvvələrin cəlb edilməsinin əleyhinədir.

N. Kənani qeyd edib ki, Azərbaycanın rəsmi şəxslərinin İrana səfəri hazırlanır:

“Bu səfərlə bağlı işlər və danışıqlar aparılır. Ümid edirik ki, səfər baş tutacaq və Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax