Operativ Məlumat Mərkəzi

Türkiyə və İran arasında diplomatik müzakirələr aparıldı

1 dəq
Paylaş:
Türkiyə və İran arasında diplomatik müzakirələr aparıldı
{"az":"bu barədə məlumatı İranın İRNA agentliyi yayıb. Bildirilib ki, görüş İran Xarici İşlər Nazirliyində baş tutub və tərəflər ikitərəfli əlaqələrin...","en":"","ru":""}

Türkiyənin xarici işlər naziri Hakan Fidan mühüm diplomatik səfər çərçivəsində Tehrana gedib və iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı İranın İRNA agentliyi yayıb.

Bildirilib ki, görüş İran Xarici İşlər Nazirliyində baş tutub və tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər.

İran XİN-dən verilən açıqlamaya görə, Fidanın səfəri təkcə Əraqçi ilə deyil, eyni zamanda İran hökumətinin digər yüksək vəzifəli nümayəndələri ilə də görüşləri əhatə edir.

Görüşlərdə ikitərəfli münasibətlər, regional proseslər və beynəlxalq gündəmlə bağlı məsələlər müzakirə olunur.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər