Operativ Məlumat Mərkəzi

İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək ikinci körpünün layihəsi nəzərdən keçirilib

2 dəq
Paylaş:
İran üzərindən Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək ikinci körpünün layihəsi nəzərdən keçirilib

İran üzərindən Zəngəzurla Naxçıvanı birləşdirəcək ikinci körpüsünün layihəsi nəzərdən keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" NK-ya istinadən xəbər verir ki, Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeq İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək ikinci körpü olan Ordubad - Siyahrud avtomobil körpüsünün layihəsi və yerləşəcəyi yer üzrə imkanlarını nəzərdən keçiriblər.

Körpünün koordinatlarının müəyyənləşdirilməsi və texniki parametrləri ilə bağlı təkliflər dinlənilib və bu istiqamətdə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax