Əsas məzmuna keç

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli olacaq - Rəsmi qərar

Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli olacaq - Rəsmi qərar

Baş nazir Əli Əsədov yeni magistralda tarif tətbiqini təsdiqlədi. Tarif Şurası gediş haqqını müəyyən edəcək. Zəfər yolu isə pulsuz alternativ kimi qalır.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında qərar qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qərarı imzalayıb.

Qərara əsasən, ödənişli avtomobil yolunun başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri, son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100,5-ci kilometri müəyyən edilib.

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri aşağıdakı kimidir:

- ödənişli avtomobil yolunun 1,4-cü kilometri – Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu;

- ödənişli avtomobil yolunun 27-ci kilometri – Füzuli Beynəlxalq Hava Limanının giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci kilometri – Füzuli şəhərinə giriş yolu;

- ödənişli avtomobil yolunun 32-ci, 47-ci və 67,5-ci kilometrlərində – Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu).

Ödənişli avtomobil yolunun texniki dərəcəsi – I c, hərəkət zolaqlarının sayı: 0–46-cı kilometr hissəsində – 6, 46–81,7-ci kilometr hissəsində – 4, hərəkət zolağının eni – 3,5 metr, yol çiyninin eni: 0–46-cı kilometr hissəsində – 2,5 metr, 46–81,7-ci kilometr

hissəsində – 2 metr, torpaq yatağının eni: 0–46-cı kilometr hissəsində – 29,5 metr, 46–81,7-ci kilometr hissəsində – 21,5 metr, yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr, ayırıcı zolağın eni – 2 metrdir.

Alternativ ödənişsiz avtomobil yolunun marşrutu, uzunluğu və əsas texniki göstəriciləri aşağıdakı kimidir:

- Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu (Zəfər yolu):

- uzunluğu – 101 kilometr;

- texniki dərəcəsi: 0–17-ci kilometr hissəsində – III, 17–101-ci kilometr hissəsində – II;

- hərəkət zolaqlarının sayı – 2;

- hərəkət zolağının eni – 3,5 metr;

- yol çiyninin eni: 0–17-ci kilometr hissəsində – 1,5 metr, 17–101-ci kilometr hissəsində – 2,5 metr;

- torpaq yatağının eni: 0–17-ci kilometr hissəsində – 12 metr, 17–101-ci kilometr hissəsində – 14 metr;

- yol çiyninin bərkidilmiş zolağının eni – 0,5 metr.

Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi

nəzərə alınmaqla təsdiq etməli, Avtomobil Yolları Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…