Operativ Məlumat Mərkəzi

Ermənistan Rusiyadan Azərbaycan və Türkiyə ilə dəmir yolunun bərpası üzrə qərar verməsini gözləyir

1 dəq
Paylaş:
Ermənistan Rusiyadan Azərbaycan və Türkiyə ilə dəmir yolunun bərpası üzrə qərar verməsini gözləyir
bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.Onun sözlərinə görə, bu məsələ dövlət və hökumət başçıları səviyyəsində Rusiya tərəfi ilə...

Ermənistan Rusiyadakı tərəfdaşlarından Azərbaycanın və Türkiyənin sərhədlərinə aparan dəmir yolu xətlərində bərpa işlərinin həyata keçirilməsi barədə qərar qəbul etmələrini xahiş edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu məsələ dövlət və hökumət başçıları səviyyəsində Rusiya tərəfi ilə aparılan danışıqlar zamanı müzakirə olunub: “Bəli, bu məsələ müzakirə olunub. Mən bunu Rusiya Prezidenti Vladimir Putin ilə müzakirə etmişəm, həmçinin, Ermənistan Baş nazirinin müavini özünün rusiyalı həmkarı ilə danışmaq imkanı əldə edib. Biz Rusiya tərəfdaşlarımızdan reaksiya gözləyirik”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər