Operativ Məlumat Mərkəzi

İran Prezidenti: “Kirmanda törədilən terror aktlarının qisası alınacaq”

1 dəq
Paylaş:
İran Prezidenti: “Kirmanda törədilən terror aktlarının qisası alınacaq”

İran Prezidenti İbrahim ölkənin şəhərində aktlarının qisasının alınma vaxtını və yerini İran Silahlı Qüvvələrinin təyin edəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" İran KİV-nə istinadən xəbər verir ki, o, bunu Kirman şəhərində törədilən hücumda həlak olan 89 nəfərin dəfn mərasimində zamanı deyib.

İ.Rəisi İranın gücünün ən mühüm amil olduğunu xatırladıb: “Düşmənlər artıq bizim gücümüzü görüb və hiss ediblər. İran Silahlı Qüvvələri təşəbbüsü ələ alacaq və cavab tədbirinin vaxtını və yerini müəyyənləşdirəcək”.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.
Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax