Operativ Məlumat Mərkəzi

İran mübahisəli adalarda hərbi təlimlərə başlayıb

1 dəq
Paylaş:
İran mübahisəli adalarda hərbi təlimlərə başlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusu () Birləşmiş Əmirliklərinin (BƏƏ) iddia etdiyi Fars körfəzi adaları ətrafında dəniz təlimlərinə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə İranın İRNA agentliyi məlumat yayıb.

Təlimlərdə gəmilər, raketlər və pilotsuz uçuş aparatları iştirak edir. Agentliyin məlumatına görə, təlimlərin məqsədi İranın körfəz adalarını, xüsusən də körfəzin şərq hissəsində Əbu Musa adasını mühafizə etməyə hazır olduğunu etdirməkdir.

Hərbi təlimlər zamanı İran 600 km mənzilli raketlərlə təchiz olunmuş yeni gəmilərini nümayiş etdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax