Əsas məzmuna keç

İran MAQATE ilə əməkdaşlığı dayandıracaq

İran MAQATE ilə əməkdaşlığı dayandıracaq

İran parlamentinin Tehranın Atom Enerjisi Agentliyi () ilə əməkdaşlığını, o cümlədən təftişləri dayandırmağa dair qanun layihəsi Milli və Xarici Komitəsi tərəfindən qəbul edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rızai keçirilən iclasda bildirib.

"Bu plana əsasən, hökumət Agentliklə kameraların quraşdırılması, yoxlamaların aparılması, müfəttişlərin daxil olması və ya Agentliyə hesabatların təqdim edilməsi kimi hər cür əməkdaşlığı dayandırmalıdır. Bu, ölkəmizin nüvə obyektlərinin təhlükəsizliyi təmin olunana qədər davam edəcək", - Rezai bildirib.

Qanun layihəsi əvvəlcə parlamentdə səsə qoyulmalı, sonra isə Məsud Pezeşkiana göndərilməlidir.

İran rəsmiləri MAQATE-nin direktoru Rafael Mariano Qrossini İsrailin hücumlarından sonra Təl-Əviv rəhbərliyinin hücumlarını qanuniləşdirməkdə ittiham edir.

Qrossi nə İsrailin, nə də ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarını pisləməyib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…