Operativ Məlumat Mərkəzi

İran hava məkanı beynəlxalq tranzit uçuşlar üçün 24 saatlıq rejimdə açıldı

1 dəq
Paylaş:
İran hava məkanı beynəlxalq tranzit uçuşlar üçün 24 saatlıq rejimdə açıldı

İranda İsrailin hücumlarından sonra saatlarda daxili və reyslər üçün açıq olan hava məkanının artıq 24 fəaliyyətə keçdiyi bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarivi KİV məlumat yayıb.

Açıqlamada, ölkədəki mövcud vəziyyət nəzərə alınaraq aparılan ətraflı yoxlamaları nəticəsində bütün hava limanlarının əvvəlki kimi fəaliyyətə başladığı və uçuş xidmətləri göstərməyə hazır olduğu qeyd edilib.

Ölkə üzrə hava limanlarından həyata keçirilən uçuşlara hər hansı bir məhdudiyyətin qalmadığı bildirilib, yalnız Tehrandakı Mehrabad Hava Limanından uçuşların saat 04:00-dan 19:00-a qədər həyata keçiriləcəyi vurğulanıb.

Tədris və əyləncə məqsədli uçuşlara qoyulan qadağanın isə ikinci bir bildirişədək qüvvədə qalacağı qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax