Əsas məzmuna keç

Hikmət Hacıyev Radmila Şekerinska ilə görüşüb

Hikmət Hacıyev Radmila Şekerinska ilə görüşüb

bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib. Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək...

Prezidentinin köməkçisi – Administrasiyasının xarici məsələləri şöbəsinin müdiri NATO-nun Brüsseldəki mənzil-qərargahına səfəri çərçivəsində alyansın baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycanın təşkilatdakı nümayəndəliyindən bildirilib.

Görüş zamanı tərəflər Azərbaycan-NATO tərəfdaşlığının hazırkı vəziyyətini, gələcək əməkdaşlığın perspektivlərini, o cümlədən regional və daha geniş mühiti ilə bağlı məsələləri müzakirə ediblər.

NATO-nun sülhməramlı əməliyyatlarına, eləcə də müttəfiq və tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinə verdiyi töhfə vurğulanaraq, Azərbaycanın alyansın uzunmüddətli etibarlı tərəfdaşı kimi rolu vurğulanıb.

Səfər çərçivəsində Hikmət Hacıyev, həmçinin NATO Baş Katibinin Şəxsi Ofisi direktorunun birinci müavini Lorenz Meyer-Minnemann ilə də görüşüb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…