Əsas məzmuna keç

Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşüb

Hikmət Hacıyev NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri ilə görüşüb

bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb. Səfər zamanı Aleksandr Vinnikov Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli...

Prezidentin köməkçisi – Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Aleksandr Vinnikovla görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Səfər zamanı Aleksandr Vinnikov Prezidentin köməkçisi Hikmət Hacıyevlə səmərəli müzakirələr aparıb.

Məlumatda bildirilib ki, bu həftə NATO-nun Cənubi Qafqazdakı Ofisinin (Tbilisidə) rəhbəri Aleksandr Vinnikov NATO-Azərbaycan münasibətlərinin daha da inkişaf etdirilməsi, eləcə də qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələri davam etdirmək üçün Bakıya gəlib.

Aleksandr Vinnikov NATO-nun hərbi təhsilin təkmilləşdirilməsi proqramına və onun müdafiə və təhlükəsizlik islahatlarına töhfəsinə həsr olunmuş beynəlxalq konfransda NATO-Azərbaycan tərəfdaşlığı haqqında əsas məruzə ilə çıxış edib.

həmçinin yerli analitik mərkəzlər, səfirləri və Ukraynanın Azərbaycandakı səfiri ilə faydalı görüşlər keçirib.

Səfər 2025-2026-cı illər üçün Azərbaycanda NATO-nun əlaqə mərkəzi kimi fəaliyyət göstərən Slovakiya və İsveçin Bakıdakı səfirliklərinin dəstəyi ilə təşkil olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…