Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" Xəbər verir ki, görüş Vahid Cəlalzadə Bakıya səfəri çərçivəsində baş tutub.
Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.