Əsas məzmuna keç

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

Bakı–Daşkənd xəttində yüksək səviyyəli təmaslar intensivləşir

Azərbaycan və Özbəkistan liderləri arasında strateji əməkdaşlıq dərinləşir. İlham Əliyev və Şavkat Mirziyoyev ikitərəfli iqtisadi layihələri müzakirə edir.

en ru

və arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi son illərdə qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın intensivləşməsi ilə müşayiət olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, son 5 ildə İlham Əliyev Özbəkistana 2 dövlət və 4 işgüzar səfər, Prezident Şavkat Mirziyoyev isə Azərbaycana 2 dövlət və 7 işgüzar səfər edib.

İki ölkə arasında münasibətlərin əsas siyasi mexanizmlərindən biri 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şuradır. Şuranın ilk iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası 2025-ci ildə Bakıda keçirilib. Növbəti — III iclasın keçirilməsi nəzərdə tutulur.

Əməkdaşlıq regionlar səviyyəsində də genişlənir. Azərbaycan–Özbəkistan Regionlararası Forumları 2023-cü ildə Daşkənddə, 2024-cü ildə Qubada, 2025-ci ildə isə Bakıda keçirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…